Kolumbiya sakini yeddi dəfə koronavirusa qarşı peyvənd edilib.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Noticias Caracol" telekanalı məlumat yayıb.
Səhiyyə naziri Mierlandi Torres deyib: "Bu, 60 yaşdan yuxarı və psixoloji problemləri olan bir adamdır".
Ona müxtəlif şirkətlərin, xüsusən də "Sinovac", "AztraZeneca", "Pfizer" və "Janssen" şirkətlərinin peyvəndlərinin vurulduğu qeyd edilir. Eyni zamanda, həddindən artıq vurulan dozalar həmin adama heç bir yan təsir göstərməyib.