Kolumbiyada ölkənin mərkəzi hissəsində torpaq sürüşməsindən sonra qızıl mədənindəki şaxtada köməksiz qalan 11 fəhlənin meyiti aşkarlanıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Milli Dağ-Mədən agentliyi məlumat yayıb.
Qeyd olunub ki, xilasedicilər fəhlələrin meyitlərini artıq şaxtadan çıxarıb.
Milli Dağ-Mədən agentliyinin rəhbəri Xuan Miqel Duran özünün tvitterdəki səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, hadisə 26 mart tarixində baş vermişdi.