Kolumbiyanın cənubunda beş nəfər naməlum şəxslər tərəfindən öldürülüb.
“Report” xəbər verir ki, bu barədə “La FM” radiostansiyası bildirib.
Məlumata görə, faciə San-Visente-del-Kaquan bələdiyyəsində olub. Kəndlilər beş kişinin meyitini aşkarlayıblar.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Güman edilir ki, cinayət yerli üsyançılarla əlaqəli ola bilər.