Kolumbiyanın insan hüquqları üzrə səlahiyyətli orqanından bildirilib ki, vergi islahatına qarşı dövlət əleyhinə etirazlar ərzində 58 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə
İdarənin məruzəsində həmçinin insan haqlarının pozulması, döyülmələr, qanunsuz həbslər və polis tərəfindən sui-istifadə halları ilə əlaqədar digər qanun pozuntuları ilə bağlı 400-dən çox ittihama yer verilir.
“Temblores” hüquq müdafiə qrupunun məlumatına görə, polis etirazlar zamanı bilavasitə 45 ölüm işinə cəlb olunub. “Human Rights Watch” isə qeyd edib ki, polislərin mitinq iştirakçılarını güllələməsi ilə bağlı 9, nümayişçilərə qarşı gözyaşardıcı qazdan və başqa xüsusi vasitələrdən istifadə nəticəsində ortaya çıxan 9 ölüm işi var.
Daha əvvəl Kolumbiyanın hüquq-mühafizə orqanları silahlı mülki şəxslərin nümayişçilərə atəş açması səbəbindən hərəkətsizliyə görə tənqid olunurdu. Bundan sonra Amerika ölkələrinin İnsan Haqları Komissiyası baş verənləri yoxlamaq üçün Kolumbiyaya heyət göndərməyə qərar verib. Bu həftə təşkilat üzvləri ölkə rəsmiləri, hüquq müdafiəçiləri və xəsarət alanlarla görüşəcəklər.