Kolumbiyada azı beş insan şimal-qərbində yerləşən asma körpünün dağılmasının qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə Nekokli (Antokiya şimal-qərb departamenti) bələdiyyəsində olub. Furqon çayın üzərindəki asma körpünü keçməyə çalışıb. Körpü nəqliyyat vasitəsinin çəkisinə tab gətirməyərək uçub. Hadisə nəticəsində beş sərnişin həlak olub.
Ölkənin hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıb.