Kolumbiyanın şimalında naməlum şəxslərin əhaliyə hücumu zamanı bir neçə nəfər qətlə yetirilib.
“Report”un məlumatına görə, bu barədə “La FM” radiostansiyası xəbər yayıb.
Qeyd olunub ki, hadisə San Benito Abad və San Markos vilayətlərinin sərhədində baş verib. Naməlum şəxslər beş nəfəri güllələyib. Onların cəsədləri sonradan qonşular tərəfindən aşkarlanıb.
Səlahiyyətli şəxslər faktla bağlı araşdırmaya başlayıb. Hadisə yerinə əlavə hərbçi və polis qüvvələri göndərilib.