Kolumbiyada dəniz piyadası üç hərbçi yoldaşını güllələyib

Kolumbiyada dəniz piyadası üç hərbçi yoldaşını güllələyib Kolumbiyada Hərbi Dəniz Qüvvələrinin zabiti üç hərbçi yoldaşını güllələdikdən sonra intihar edib.
Digər ölkələr
26 Dekabr , 2021 03:13
Kolumbiyada dəniz piyadası üç hərbçi yoldaşını güllələyib

Kolumbiyada Hərbi Dəniz Qüvvələrinin zabiti üç hərbçi yoldaşını güllələdikdən sonra intihar edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, San Andres adasındakı 11-ci Dəniz Polisi Batalyonunun bazasında dəniz piyadası silahdan atəş açaraq üç hərbçi yoldaşını öldürüb, Milli Ordunun əsgərini isə yaralayıb. Daha sonra zabit ona təhkim edilən silahla intihar edib.

Yaralı əsgər xəstəxanaya aparılıb. Ölkə prezidenti İvan Duke hadisə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi