Kolumbiyada hərbçilər içərisində bir ton kokain olan laboratoriya aşkarlayıblar

Kolumbiyada hərbçilər içərisində bir ton kokain olan laboratoriya aşkarlayıblar Kolumbiya hərbçiləri üsyançı qrup “Milli Azadlıq Ordusu”na aid olan narkotik laboratoriyasını aşkar ediblər.
Digər ölkələr
16 Oktyabr , 2024 06:09
Kolumbiyada hərbçilər içərisində bir ton kokain olan laboratoriya aşkarlayıblar

Kolumbiya hərbçiləri üsyançı qrup “Milli Azadlıq Ordusu”na aid olan narkotik laboratoriyasını aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə Kolumbiya Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Kukuta kəndi ərazisində keçirilən hərbi əməliyyat zamanı mütəşəkkil silahlı qrupunun rəhbəri Reynaldo Ardilla Qomezə məxsus kokain istehsalı kompleksi aşkarlanaraq məhv edilib.

Hadisə yerindən bir tondan çox kokain tapılıb. Səlahiyyətlilər dağıdılmış laboratoriyanın ayda 4 ton narkotik vasitə istehsal edə biləcəyini hesab edirlər. Laboratoriyanın dəyəri 23 milyard peso (5,4 milyon dollar – Qeyd) olaraq qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi