Kolumbiyanın qərbində ölkə polisinin mülkiyyətində olan “Cessna” təlim təyyarəsi qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edilir ki, qəza nəticəsində uçuş təlimatçısı həlak olub, həmçinin təlimçi müxtəlif xəsarətlər alıb, yaralı xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis və fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.
Fakt üzrə cinayət işi qaldırılıb.