Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Arauka departamentində keçmiş “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” və “Milli Azadlıq Ordusu” silahlı qruplaşmalarının üzvləri arasında baş verən toqquşmalarda azı 20 nəfər həlak olub.
“Report”
Bələdiyyə rəsmisinin sözlərinə görə, məlumat yerli sakinlərdən daxil olub və hələ ki, rəsmi təsdiqini tapmayıb. Toqquşmaların Saravena, Fortul və Tame bələdiyyələrində də baş verdiyi bildirilir.
Torres Prezident İvan Dukeni, regionun Ombudsman ofisini və insan haqları müdafiəçilərini hadisələrə müdaxilə edərək zorakılığa son qoymağa çağırıb. O, xəbərdarlıq edib ki, qətllərdən sonra yüzlərlə insan artıq evlərini tərk etməyi planlaşdırır.
Ümumi uzunluğu 2,2 min kilometrdən çox olan Kolumbiya və Venesuela sərhədində "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” və “Milli Azadlıq Ordusu”ndan olan qeyri-qanuni qruplar fəal şəkildə fəaliyyət göstərir.