Konqo Demokratik Respublikasının mərkəzi hissəsində almaz mədəninin çökməsi nəticəsində 40-dan çox adam ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi respublikanın Kasai vilayətinin daxili işlər naziri Alen Tsisunqu Ntumbaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, iyunun 7-də axşam saatlarında Sambe şəhərində 18 metr dərinlikdə yerləşən şaxta çöküb: “Həmin vaxt orada 40-dan çox insan olub. Artıq 6 cəsəd mədəndən çıxarılıb, xilasetmə və axtarış işləri davam edir”.