Mayın 22-də Konqo Demokratik Respublikasının şərqində, Qoma şəhəri yaxınlığında Nyiraqonqo vulkanının püskürməsi nəticəsində 31 nəfər həlak olub, 40 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) açıqlamasında bildirilir.
Ölənlərin 13 nəfəri şəhərdən təxliyə zamanı, 24 nəfəri isə lavada yanaraq həlak olub. Bununla yanaşı, 20 minədək insan evsiz-eşiksiz qalıb. Qoma şəhərinin bir qəsəbəsi və yaxınlıqdakı üç kənd, o cümlədən 3 səhiyyə ocağı, 12 ibtidai və orta məktəb dağılıb. Təbii fəlakət nəticəsində 500 minədək əhalinin işıq və su təchizatı dayanıb.
Həmin bölgədə 2002-ci ildə baş vermiş püskürmə nəticəsində 250-dən artıq insan həlak olmuşdu.