Konqoda qızıl mədəninə basqın edilib, Çin vətəndaşları oğurlanıb

Konqoda qızıl mədəninə basqın edilib, Çin vətəndaşları oğurlanıb Konqo Demokratik Respublikasında (KDR) qızıl mədəninə silahlı basqın olub.
Digər ölkələr
21 Noyabr , 2021 15:38
Konqoda qızıl mədəninə basqın edilib, Çin vətəndaşları oğurlanıb

Konqo Demokratik Respublikasında (KDR) qızıl mədəninə silahlı basqın olub.

"Report" xəbər verir ki, bu barədə Konqonun “Actualite” xəbər portalı məlumat yayıb.

"Naməlum şəxs Çinin "Bayond Mining" şirkəti tərəfindən idarə olunan obyektlərdən birinə hücum edib. Konqolu təhlükəsizlik əməkdaşı öldürülüb, səkkiz çinli işçi isə qaçırılıb", - məlumatda deyilir.

Cənubi Kivu əyalətinin səlahiyyətliləri qaçırılanları tapıb azad etmək üçün əraziyə əlavə polis qüvvələri göndərib. Mədən şirkətinə kimin hücum etdiyi hələ müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi