Konqoda gəmi qəzasında 50 nəfər itkin düşüb

Konqoda gəmi qəzasında 50 nəfər itkin düşüb Konqo Demokratik Respublikasının cənub-qərbində Kvanqo çayında gəminin batması nəticəsində azı 4 nəfər ölüb, daha 50 nəfər itkin düşüb.
Digər ölkələr
16 Sentyabr , 2024 23:18
Konqoda gəmi qəzasında 50 nəfər itkin düşüb

Konqo Demokratik Respublikasının cənub-qərbində Kvanqo çayında gəminin batması nəticəsində azı 4 nəfər ölüb, daha 50 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” Kvanqo əyalətinin vitse-qubernatoru Remi Sakiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, göyərtəsində 150 nəfərin olduğu gəmi körpünün dayağına çırpılaraq batıb.

O qeyd edib ki, 100-dən az adam xilas edilib, itkin düşənlərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi