Konqo Demokratik Respublikasının şərqində silahlıların hücumu nəticəsində azı 14 nəfər həlak olub, 12-dən çox insan zərər çəkib.
“Report”un məlumatına görə, bu barədə yerli vətəndaş cəmiyyətinin nümayəndəsinə istinadən “7sur7” portalı bildirib.
İlkin məlumata görə, hadisə İturi əyalətinin Ndalya kəndində baş verib. Hücumu "Demokratik Qüvvələr İttifaqı" (ADF) qruplaşmasının silahlıları törədiblər.
"Hücum zamanı 13 insan həlak oldu. Onlar arasında qadınlar da var. Həmin insanları kilsələrdə edam etdilər. Yaralılara gəlincə, 12-dən çox insanı xəstəxanaya müalicəyə göndərdilər. İki nəfər aldığı xəsarətlərdən öldülər", - yerli sakin Muxindo Vukulu nəşrinə deyib.