ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri çərşənbə günü keçən iclasda Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın impiçmenti ilə əlaqədar müzakirələrə keçiblər.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Müzakirə gözlənildiyi kimi iki saat davam edəcək. Sonra Konqres üzvləri impiçment haqqında qətnaməyə səs verəcəklər. Sənəddə bir ittiham maddəsi - qiyama təhrikçilik var.