COVID-19 virusuna yoluxma sayı Asiya, Avropa, Şimali Amerikanın ən çox zərərçəkmiş ölkələrinin əksəriyyətində davamlı olaraq azalmaqdadır.
“Report” xəbər verir ki, Hindistanda aprelin 5-dən bu yana ən aşağı göstərici olan 100 minə yaxın yeni yoluxma sayı qeydə alınıb. Buna baxmayaraq, ölkə yoluxma sayına görə hələ də birinci yerdədir. İndoneziyada gündəlik yoluxma fevrala nisbətən 2,5 dəfə azalaraq 5-6 minə düşüb. Həmçinin Türkiyə və İranda göstərici aprelə nisbətən müvafiq olaraq 10 və 2,5 dəfə azalıb.
ABŞ-da da gündəlik yoluxma sayı 20 mindən aşağı düşərək 2020-ci ilin mart ayı səviyyəsinədək enib.
Cənubi Amerikada isə gündəlik yoluxma pandemiya dövrünün ən yüksək həddinə çatıb. Belə ki, Braziliyada cümə günü 95,6 min yoluxma qeydə alınmışdı. Argentinada isə gündəlik yoluxma sayı 30-35 min ətrafındadır.