Portuqaliyanın paytaxtı Lissabonun Molekulyar Tibb İnstitutunun alimlər qrupu üzərinə düşən koronavirus hissəciklərini neytrallaşdırmağa qadir olan qoruyucu maska yaradıb.
“Report”un məlumatına görə, bu barədə
Tədqiqatçılar sınaqların gedişatında maskanı koronavirus molekullarının olduğu məhlula salıblar. Bu halda koronavirus molekullarından 99 faizi bir saat sonra öz xüsusiyyətlərini itirib.
Bu effektin suya davamlı bir neçə təbəqə və xüsusi örtüklü innivativ parça sayəsində əldə edildiyi qeyd olunur.
Alimlər bildiriblər ki, sarğıdan bir neçə dəfə istifadə etmək olar. Fransanın Paster İnstitutunda aparılan sınaqlar nəticəsində məlum olub ki, onu azı 50 dəfə yumaq olar.
Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 16,1 milyonu ötüb, 647 mindən çox insandan COVID-19-un qurbanı olub.