Koronavirusun Britaniya ştammı Avropanın 43 ölkəsində aşkarlanıb

Koronavirusun Britaniya ştammı Avropanın 43 ölkəsində aşkarlanıb Ölüm hallarının artıq xeyli azaldığı qeyd olunub
Digər ölkələr
4 Mart , 2021 17:36
Koronavirusun Britaniya ştammı Avropanın 43 ölkəsində aşkarlanıb

COVID-19 virusunun Böyük Britaniya ştammı (B.1.1.7) Avropanın 43, Cənubi Afrika variantı (B.1.351) 26, Braziliya variantı isə (P1) 15 ölkəsində aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge Kopenhagendə keçirdiyi brifinqdə bildirib.

Virusun yayılmasını əngəlləmək üçün peyvəndləmənin əhəmiyyətini dilə gətirən H.Klüge bunun sayəsində əksər risq qruplarında yoluxma və ölüm hallarının artıq xeyli azaldığını qeyd edib.

“Koronavirusun regionda yayılma əmsalının yüksək olması, həmçinin yeni variantlarının sürətlə yayılması üçün test keçməyi, yoluxanların təcridini, təmasların izlənməsi işləri təkmilləşdirilməlidir”, – ÜST rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi