Kosta-Rikada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 7,8 min əhalisi olan Kepos şəhərindən 11 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə qeydə alınıb.
İtki və dağıntılar barədə məlumat verilməyib.