Kosta-Rikada “Cessna 206” təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, bir sərnişinin vəziyyəti ağırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “La Nacion” məlumat yayıb.
Xilasedicilər bazar ertəsi Eskazu kantonunda qəzaya uğrayan təyyarənin qalıqlarına tapıb.
Onlar vəziyyəti ağır olan sağ qalan qadının yerini müəyyən edə biliblər.
Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri kosta-rikalı olub.
Məlumata görə, bazar ertəsi yerli vaxtla saat 12:30 radələrində “Cessna 206” təyyarəsi radarlardan itib. Təyyarənin göyərtəsində dörd sərnişin və iki pilot olub.