Kreditorlar Ukraynanın xarici borc ödənişlərini 2024-cü ilə qədər dondurmağa razılaşıb

Kreditorlar Ukraynanın xarici borc ödənişlərini 2024-cü ilə qədər dondurmağa razılaşıb Ukraynanın xarici borcunun təxminən 75%-ni təşkil edən ölkənin kreditorları borc üzrə ödənişləri 2024-cü ilə qədər dondurmağa razılaşıblar.
Digər ölkələr
10 Avqust , 2022 21:05
Kreditorlar Ukraynanın xarici borc ödənişlərini 2024-cü ilə qədər dondurmağa razılaşıb

Ukraynanın xarici borcunun təxminən 75 %-ni təşkil edən ölkənin kreditorları borc üzrə ödənişləri 2024-cü ilə qədər dondurmağa razılaşıblar.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü “Bloomberg” Ukrayna Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Ukraynanın xarici borcunun ümumi məbləği 19,6 milyard ABŞ dolları təşkil edir. Ödənişlərin dondurulması qərarı rəsmi Kiyevə borcların qapadılması üçün 2024-cü ilə qədər ödənilməli olan 5,8 milyard dolları saxlamağa imkan verəcək.

Son xəbərlər

Orphus sistemi