Kubada müəllimlərin olduğu avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, daha 25 nəfər müxtəlif xəsarətlər alıb.
“Report" xəbər verir ki, bu barədə “Mayabeke" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, hadisəyə avtobus sürücüsünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Nəticədə nəqliyyat vasitəsi Quinesa şəhəri yaxınlığında avtomagistralda körpüdən aşıb.
Yaralılar Havana və Quinesa xəstəxanalarına çatdırılıb, onlardan üçü ağır vəziyyətdədir.
Hadisəni Yol hərəkətinin təhlükəsizliyi üzrə Komissiya və Daxili İşlər Nazirliyi araşdırır.
Kuba Prezidenti Migel Diaz-Kanel qəzada həlak olanların yaxınlarına başsağlığı verib.