Küveytin baş naziri Sabah əl-Xaled əs-Sabah yanvarın 13-də hökumətin istefası ilə bağlı müraciəti əmirə təqdim edib.
“Report” xəbər verir ki, məlumatı Küveytin KUNA informasiya agentliyi yayıb.
Bildirilib ki, Küveytin əmiri Navaf əl-Əhməd əl-Caber əs-Sabah yanvarın 13-də hökumətlə birlikdə baş nazirin istefasını qəbul edib.
Məlumata görə, istefaya səbəb Nazirlər Kabineti ilə parlament arasındakı fikir ayrılığı göstərilir.
Qeyd edək ki, Sabah Xaled əl-Xamadın başçılığı ilə Küveytin yeni hökuməti 2020-ci il dekabrın 14-də ölkədə keçirilən parlament seçkilərindən sonra formalaşdırılır.