Küveyt hökuməti istefa haqqında vəliəhd şahzadə Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha ərizə ilə müraciət edib.
“Report” xəbər verir ki, məlumatı “Al-Jazeera” yayıb.
Bildirilib ki, Küveytin Baş naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah hökumətin istefası ilə bağlı ərizəni vəliəhdə təqdim edib.
Məlumata görə, Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah hökumətin istefasına razılıq verəcək.