Şeyx Navaf əl-Əhməd əl-Cabir əs-Sabah sentyabrın 30-da parlamentdə Küveytin yeni əmiri olaraq and içib.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, sentyabrın 29-da 91 yaşlı şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatından sonra ölkənin başçısı kimi 83 yaşlı şahzadənin adı açıqlanıb. Navaf mərhum şeyx Sabahın ögey qardaşıdır.
Qeyd edək ki, sentyabrın 29-da şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə xəbər yayılsa da bir müddət sonra bu məlumat Küveyt hökumətinin sözçüsü tərəfindən təkzib edilmişdi.