“ABŞ-la dialoqun bərpası üçün ilkin əlamətlər hələ ki görsənmir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton Moskva ilə dialoqu bərpa etmək üçün dövlətlərarası münasibətlərin sivil prinsiplərinə qayıtmalıdır: “Amma bunun əlamətləri hiss edilmir”.
Qeyd edək ki, Lavrov daha əvvəl ABŞ-ın bütün sərhədləri aşdığını söyləmişdi.