“Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etmir, lakin Qərb nə qədər uzun müddət bundan yayınsa, vəziyyət bir o qədər çətinləşəcək”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasının xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında deyib.
Rusiya XİN rəhbəri bildirib ki, Ukrayna danışıqlarda maraqlı deyil: “Moskva Ukrayna ətrafında vəziyyətlə bağlı vasitəçiliyin əleyhinə deyil. Amma məsələ ondadır ki, rəsmi Kiyev danışıqlarda maraqlı deyil”.