"Hizbullah" liderinin qızı bombardmanda ölüb

"Hizbullah" liderinin qızı bombardmanda ölüb İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələri nəticəsində Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah ölüb.
Digər ölkələr
28 Sentyabr , 2024 11:22
Hizbullah liderinin qızı bombardmanda ölüb

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələri nəticəsində Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin "12-ci" telekanalı məlumat yayıb.

Bildirilib ki, Z.Nəsrullah “Hizbullah”ı dəstəklədiyini dəfələrlə bəyan edib.

Xatırladaq ki, Həsən Nəsrullahın böyük oğlu Hadi Nəsrullah da 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə ölüb.

İsrail KİV-nin yaydığı məlumata görə, ötən gecə “Hizbullah”ın Beyrutdakı mərkəzi qərargahına endirilən hava zərbələri nəticəsində Həsən Nəsrullah da ölüb.

Son xəbərlər

Orphus sistemi