İsrail silahlı qüvvələri Livanda atəşkəs razılaşmasını bir neçə dəfə pozub.
“Report” xəbər verir ki, bu barədə Livan ordusunun mətbuat xidmətinin “X”də dərc olunmuş bəyanatında deyilir.
“2024-cü il noyabrın 27 və 28-də İsrail müxtəlif növ silahlarla Livan ərazilərinə hücum edərək atəşkəs razılaşmasını bir neçə dəfə pozub”, - bəyanatda qeyd edilir.