Livan Prezidenti Mişel Aun ilə Baş nazir Nəcib Mikati yeni hökumətin qurulmasında razılığa gəliblər.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Livan Prezidentinin Administrasiyası yayıb.
Bildirilib ki, tərəflər arasında yeni hökumətin qurulması ilə bağlı qərarnamə imzalanıb.
N.Mikati bildirib ki, 2022-ci il mayın 8-də Livanda parlament seçkiləri keçiriləcək.
Qeyd edək ki, 2020-ci il avqustun 10-da Livanın paytaxtı Beyrutda limanda partlayışdan sonra Hassan Diyab və Nazirlər Kabineti istefa vermişdi. Siyasi qruplar arasındakı anlaşılmazlığa görə ölkədə uzun müddətdir hökumət qurulmayıb.