Livanda BMT konvoyuna hücum olub, 1 nəfər ölüb

Livanda BMT konvoyuna hücum olub, 1 nəfər ölüb Livanda BMT-nin konvoyuna hücum nəticəsində 1 irlandiyalı əsgər ölüb, digərinin vəziyyəti isə ağırdır.
Digər ölkələr
15 Dekabr , 2022 15:04
Livanda BMT konvoyuna hücum olub, 1 nəfər ölüb

Livanda BMT-nin konvoyuna hücum nəticəsində 1 irlandiyalı əsgər ölüb, digərinin vəziyyəti isə ağırdır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İrlandiya Müdafiə Qüvvələri məlumat yayıb.

İrlandiyanın xarici işlər naziri Saymon Konvenin sözlərinə görə, insident baş verən zaman BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) daxil olan əsgərlər bu ölkənin cənubundakı əməliyyat bölgəsində standart bir marşrutla hərəkət edirmiş: “İki zirehli texnika faktiki olaraq bir-birindən ayrı düşüb. Onlardan biri kütlə tərəfindən mühasirəyə alınıb, atışma başlayıb. Təəssüf ki, nəticədə sülhməramlılarımızdan biri həlak olub”.

Son xəbərlər

Orphus sistemi