Livanda etirazçılarla polis arasında toqquşmalarda 226 nəfər xəsarət alıb

Livanda etirazçılarla polis arasında toqquşmalarda 226 nəfər xəsarət alıb Livanda, Tripoli baş verən qarışıqlıqların iştirakçıları asayiş keşikçilərinə qumbara atıblar, nəticədə doqquz polis əməkdaşı yaralanıb.
Digər ölkələr
28 Yanvar , 2021 01:55
Livanda etirazçılarla polis arasında toqquşmalarda 226 nəfər xəsarət alıb

Livanda, Tripolinin şimalında baş verən qarışıqlıqlar zamanı xəsarət alanların sayı 226 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə NNA agentliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan nümayəndəliyi, habelə ölkənin təcili və fövqəladə yardım xidmətinə istinadən məlumat yayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan nümayəndəliyinin məlumatına görə, xəstəxanalara 35 nəfər çatdırılıb, xəsarət almış daha 67 nəfərə hadisə yerində tibbi yardım göstərilib. Öz növbəsində təcili və fövqəladə yardım xidməti bildirib ki, 31 nəfər xəstəxanaya yerləşdirilib, 93 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Tripolidə nümayişçilər və polis əməkdaşları arasında toqquşmalar üç gündür davam edir.

Küçələrə çıxan vətəndaşlar həyat şəraitinin yaxşılaşdırılmasını və koronavirusa görə tətbiq edilmiş komendant saatının ləğvi üçün tədbir görməyi tələb edirlər. Aksiya iştirakçıları hakimiyyəti fəaliyyətsizlikdə və aztəminatlı ailələrin ac qalmasında ittiham edirlər.

00:50

Livanda, Tripolinin şimalında baş verən qarışıqlıqların iştirakçıları asayiş keşikçilərinə qumbara atıblar, nəticədə doqquz polis əməkdaşı yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livanın Daxili İşlər Nazirliyinin tvitterdəki bəyanatında bildirilir.

Məlumata görə, yaralılardan üçü zabitdir. Onlardan biri ağır vəziyyətdədir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan nümayəndəliyi aksiyalar zamanı 82 nəfərin xəsarət aldığını xəbər verib. “Xəstəxanaya 15 yaralı çatdırılıb, daha 67 nəfərə hadisə yerində tibbi yardım göstərilib”, - nümayəndəliyin tvitterdəki hesabında qeyd edilib.

Tripolidə nümayişçilər və polis əməkdaşları arasında toqquşmalar üç gündür davam edir.

Küçələrə çıxan vətəndaşlar həyat şəraitinin yaxşılaşdırılmasını və koronavirusa görə tətbiq edilmiş komendant saatının ləğvi üçün tədbir görməyi tələb edirlər. Aksiya iştirakçıları hakimiyyəti fəaliyyətsizlikdə və aztəminatlı ailələrin ac qalmasında ittiham edirlər.

Son xəbərlər

Orphus sistemi