Livanın paytaxtı Beyrutda baş vermiş partlayışla bağlı cinayət işi üzrə limanın 16 əməkdaşı saxlanılıb.
“Report”un məlumatına görə, bu barədə Livan Hərbi Məhkəməsinin hakimi vəzifəsini icra edən Fadi Akiki ölkənin Milli Xəbərlər Agentliyinə bildirib.
"Hərbi prokurorluq Beyrut limanında, Anqar 12-də baş vermiş partlayışın istintaqın ilkin mərhələsini qurtarıb. Liman Administrasiyasının və Gömrük İdarəsinin heyətindən anbarda təmir işləri aparan və orada partlayıcı maddələr saxlayan 18-dən çox insan dindirilib. Hazırda araşdırma çərçivəsində saxlanılanların sayı 16 inəfər təşkil edir", - Akiki deyib.
Qeyd edək ki, Beyrut limanında güclü partlayış çərşənbə axşamı baş verib. Son məlumatlara görə, hadisə zamanı 137 nəfər həlak olub, 5 minə yaxın insan xəsarət alıb. Bununla yanaşı, xeyli sayda insan itkin düşmüş sayılır.