Livanın cənubundakı Burj əl-Şimali fələstinli qaçqın düşərgəsində bir neçə güclü partlayış baş verib.
"Report" bu barədə “An-Nashra” xəbər portalına istinadən məlumat verir.
Partlayışlara Fələstinin HƏMAS hərəkatına məxsus silah anbarında baş verən yanğın səbəb olub.
İlkin məlumata görə, ölən olmayıb, 12 nəfər xəsarət alıb, onlardan bir neçəsinin vəziyyəti ağır olduğundan xəstəxanaya çatdırılıb.
Livan ordusu partlayış baş verən ərazini mühasirəyə alıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım maşınları gəlib.
Əhalinin tələfatının qarşısını almaq üçün yaxınlıqdakı ərazilərin sakinlərinin təxliyəsi aparılır.