Livanda Yeni il gecəsində insanların xəsarət aldığı və 3 təyyarəyə zərər vurulduğu atışma ilə əlaqədar 30-dan çox insan saxlanılıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.
Daha əvvəl Livan KİV-i Bekaa ərazisində atılan güllələrdən Suriyadan olan bir qaçqının həlak olması və ölkənin müxtəlif ərazilərində aralarında uşaq da olmaqla, daha üç insanın yaralanması barədə bildirib.
Livan aviaşirkətinin bəyanatına əsasən, Beyrutda atışma zamanı üç təyyarəyə ziyan dəyib.