Livandan İsrail ərazisinə raket hücumu olub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə Safed şəhərində qeydə alınıb.
Xəsarət alanlardan üçünün vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, İsrail ordusu qarşı tərəfə adekvat cavab verib.