Liverpuldakı partlayış terror kimi dəyərləndirilir

Liverpuldakı partlayış terror kimi dəyərləndirilir Ötən gün Liverpul Qadın Xəstəxanası yaxınlığında baş vermiş taksi avtomobilinin partlaması polis tərəfindən terror hadisəsi olaraq dəyərləndirilib.
Digər ölkələr
15 Noyabr , 2021 17:17
Liverpuldakı partlayış terror kimi dəyərləndirilir

Ötən gün Liverpul Qadın Xəstəxanası yaxınlığında baş vermiş taksi avtomobilinin partlaması polis tərəfindən terror hadisəsi olaraq dəyərləndirilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, Mersesayd Qəza Polisi baş konstebli Serena Kennedi baş konstebl yardımçısı və Şimal-Qərb Antiterror İdarəsinin rəhbəri Rass Cakson ilə birgə mətbuat konfransında hazırda hadisəyə dair araşdırma aparıldığını bildirib.

R.Cakson hadisə ilə bağlı dörd nəfər şübhəlini saxladıqlarını deyib. Araşdırmada həmçinin MI5 əks-kəşfiyyat idarəsi də iştirak edir.

Xatırladaq ki, dünən saat 11 radələrində baş verən partlayış nəticəsində taksinin sərnişini ölüb, sürücü də ciddi xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi