2021-ci ildə Liviya sahillərində 32 mindən çox qanunsuz miqrant xilas edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir.
Qeyd olunur ki, 32 425 nəfər qanunsuz miqrant dənizdə xilas edilərək Liviyaya qaytarılıb ki, bu da 2020-ci illə müqayisədə 3 dəfə çoxdur. Avropaya getməyə cəhd edən 655 qanunsuz miqrant ölüb, 897 nəfər itkin düşmüş hesab olunur.
2020-ci ildə Aralıq dənizində 11 891 nəfər xilas edilib, 381 nəfər suda boğulub, 597 nəfər itkin düşüb.
Qeyd edək ki, Liviya Avropa dövlətlərinə daxil olmaq istəyən afrikalı qaçqınlar üçün əsas tranzit məntəqəsi hesab edilir.