Liviyanın mədəniyyət və təhsil naziri Mabruka Osman Oki korrupsiya ittihamı ilə saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Əl-Hədas" telekanalı Liviya Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, habelə yoxlamalara mane olmaq məqsədilə sənədləri saxtalaşdırmaqda ittiham olunur.
Dekabrın 29-da Mabruka Osman Oki dindirilməyə çağırılıb. Prokurorluq işin bütün hallarının aydınlaşdırılması üçün araşdırmalarını davam etdirir.