Böyük Britaniyanın paytaxtı Londonda koronavirus pandemiyası fonunda xəstəxanaların dolması təhlükəsi ilə bağlı fövqəladə vəziyyət rejimi elan edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə London meri Sadik Xan uyğun açıqlama yayıb.
“Virus təhlükəsi fəlakətli nöqtəyə çatdığı üçün bu gündən Londonda fövqəladə vəziyyət rejimi elan edirəm. Hazırda hər 30 London sakini COVID-19-a yoluxub. Biz indi tədbir görməsək, onda səhiyyə xidmətimiz yüklənər və daha çox insanımız ölər”, - o, tvitter səhifəsində yazıb.