Almaniyanın ən böyük aviaşirkəti olan “Lufthansa” koronavirus pandemiyasının yaratdığı xərcləri ödəmək üçün ona ayrılmış dövlət yardımının 1 milyard avro məbləğindəki qalan hissəsini də geri qaytarıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında deyilir.
Şirkət keçən ilin oktyabr ayında 1,5 milyard avronu da vaxtından xeyli əvvəl ödəmişdi. Eyni zamanda şirkət Almaniyanın KfW dövlət bankı qrupundan aldığı 1 milyard avro məbləğindəki krediti də ötən ilin fevralında ödəyib.
Xatırladaq ki, 2020-ci ilin may ayında Almaniya hökuməti şirkətlə 9 milyard avro məbləğində yardım paketi təqdim etmək şərtlərini razılaşdırıb, bundan bir ay sonra o, təsdiqlənib.