Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, 15 yaşlı oğlu Nikolayı özünə varis hazırlamır.
“Report”un məlumatına görə, bu barədə o, “Dmitri Qordonun qonaqlığında” verilişində deyib.
"Yox, mənim Kolyam, yəqin ki, heç vaxt prezident olmayacaq. Mən istəmirəm (...ki, Nikolay prezident olsun - red)", - Lukaşenko “Dmitri Qordonun qonaqlığında” “YouTube” kanalında müsahibəsində bildirib.
O qeyd edib ki, seçkiqabağı kampaniyası ərzində oğlu Nikolay başqa uşaq olub, böyüyüb. Bu halda dövlət başçısı vurğulayıb ki, oğlu kimya, biologiyanı və ingilis dilini yaxşı bilir.
Belarusda prezident seçkiləri avqustun 9-a təyin edilib, ən yüksək dövlət postuna Lukaşenko da daxil olmaqla, beş nəfər iddialıdır. Lukaşenko altıncı dəfədir ki, prezidentliyə namizəddir.