Lüksemburqun baş nazirində təhlükəli virus aşkarlandı

Lüksemburqun baş nazirində təhlükəli virus aşkarlandı Lüksemburqun baş naziri Ksavye Bettelin koronavirus testinin nəticəsi müsbət olub.
Digər ölkələr
27 İyun , 2021 22:29
Lüksemburqun baş nazirində təhlükəli virus aşkarlandı
Ksavye Bettel

Lüksemburqun baş naziri Ksavye Bettelin koronavirus testinin nəticəsi müsbət olub.

"Report"un məlumatına görə, bu barədə "Luxemburger Wort" nəşri bildirib.

Qeyd edilir ki, hökumət başçısı bununla əlaqədar 10 gün özünü təcridetmə rejimində olacaq, ancaq bu günlər ərzində işləməyə davam edəcək. Məlumata görə, o, xəstəliyi yüngül formada keçirir: Bettelin hərarəti azacıq yüksəlib, o başağrısından əziyyət çəkir.

Bettel mayın əvvəlində “AstraZeneca” vaksininin birinci dozasını qəbul edib. O, ikinci dozanı gələn həftə almağı nəzərdə tuturdu.

Son xəbərlər

Orphus sistemi