“Lupit” tayfunu Şərqi Çinə doğru hərəkət edir

“Lupit” tayfunu Şərqi Çinə doğru hərəkət edir Leysan yağışları səbəbindən Çinin Fusyan vilayətinin Fuçjou şəhərində ən yüksək qırmızı təhlükə səviyyəsi elan olunub. Yaxın günlərdə “Lupit” tayfununun şəhərə çatacağı gözlənilir.
Digər ölkələr
4 Avqust , 2021 09:47
“Lupit” tayfunu Şərqi Çinə doğru hərəkət edir

Leysan yağışları səbəbindən Çinin Fusyan vilayətinin Fuçjou şəhərində ən yüksək qırmızı təhlükə səviyyəsi elan olunub. Yaxın günlərdə “Lupit” tayfununun şəhərə çatacağı gözlənilir.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə CCTV telekanalı məlumat yayıb.

Hazırda tayfunun episentri sahildən təxminən 200 km məsafədə yerləşir. Tayfunun mərkəzində küləyin sürəti 18 m/s-dir (tropik qasırğa kimi təsnif edilir) və artmaqda davam edir.

Tropik qasırğa şimal-şərq istiqamətində təxminən 13 m/s sürəti ilə hərəkət edir.

Son xəbərlər

Orphus sistemi