Macarıstan Ukraynadakı münaqişənin başa çatmasının şərtini açıqlayıb

Macarıstan Ukraynadakı münaqişənin başa çatmasının şərtini açıqlayıb “Ukraynadakı münaqişə yalnız atəşkəs yolu ilə başa çatdırıla bilər”.
Digər ölkələr
6 Mart , 2023 04:50
Macarıstan Ukraynadakı münaqişənin başa çatmasının şərtini açıqlayıb

“Ukraynadakı münaqişə yalnız atəşkəs yolu ilə başa çatdırıla bilər”.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “SVT” kanalına müsahibəsində deyib.

“İlk məqsəd insanları öldürməyi dayandırmaqdır. Və bu atəşkəs razılığı deməkdir”-deyə, nazir bildirib.

Onun sözlərinə görə, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar münaqişəni dayandıra bilməyib: “Artıq 10 sanksiya paketi qəbul etmişik, bu, münaqişənin həllinə gətirib çıxarıb? Yox. Bu, Rusiyanı diz üstə çökdürüb? Yox. Sanksiyalar, yalnız Avropaya zərər verdi. Silah göndərmirik, sülh üçün oynamağa davam edirik”.

Son xəbərlər

Orphus sistemi