Macarıstanın paytaxtı Budapeştdə xəstəxanada yanğın baş verib.
"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.
Yanğın nəticəsində azı bir nəfər ölüb, iki nəfər yaralanıb. Xəstəxanadan 56 nəfər təxliyə edilib.
Yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olub, onun səbəbi açıqlanmır.
Baş verənlərin digər təfərrüatları hələlik verilməyib.