Ukraynadakı müharibə Avropa iqtisadiyyatına təsir göstərməyə başlayıb.
“Report”un yerli bürosunun məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, V.Putinlə Ukraynada sülhə nail olmağın yollarını müzakirə edib və müharibəni bitirmək üçün ən qısa yolun nə olduğunu bilmək istəyib.
Baş nazirin sözlərinə görə, Macarıstan Avropa İttifaqı Şurasına sədrliyi dövründə Avropada sülhün təmin edilməsini özünün əsas vəzifəsi hesab edir.