Venesuela prezidenti Nikolas Maduro parlament seçkilərində iştirakdan imtina edən müxalifətlə iqtisadiyyatı bərpa etməyin yollarını müəyyən etmək üçün siyasi müzakirələr aparmağa hazırdır.
Bu barədə “Report” RİA “Novosti” istinadən xəbər verir.
“Xose Luis Rodriqez Sapateronun (İspaniyanın keçmiş baş naziri - Red) Venesueladakı seçkilərdə iştirak edən və etməyən bütün siyasi partiyalarla ümummilli dialoq təşkil etmək fikri ilə razıyam”-deyə, o bildirib.
Venesuelada keçirilən parlament seçkilərinə 107 siyasi partiya və birlik qatılıb. Müxalifət lideri Xuan Quaydo da daxil olmaqla 20-dən çox siyasi partiya seçkiləri baykot edib.