Venesuela prezidenti Nikolas Maduro bildirib ki, amerikalı həmkarı Donald Tramp onunla bir neçə dəfə ikitərəfli danışıqlara başlamaq istəyib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Venesuela lideri bu barədə dövlət televiziyasının efirində bildirib.
"Donald Tramp bir neçə dəfə mənimlə danışmaq istəyirdi. Bizim xüsusi elçilər vasitəsilə əlaqələrimiz var idi. Amma (Amerika) siyasi elitasının dairələri bunu ona qadağan etdi", - Karakasda cümə axşamı Maduro bildirib.
Qeyd edək ki, 2019-cu ildə Venesuelada vəziyyət kəskinləşib. Müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib. Bir sıra ölkələr Xuan Quaydonu Venesuela rəhbəri kimi tanıyıblar. Həmin vaxtdan etibarən ABŞ-Venesuela münasibətləri daha da gərginləşib.